​Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

​Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb
Xarici siyasət
5 Oktyabr , 2015 13:46
​Prezident İlham Əliyev Fransanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev oktyabrın 5-də Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönyeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

"Report" xəbər verir ki, Azərbaycandan və xalqımızdan xoş təəssüratla ayrıldığını deyən səfir Paskal Mönye gələcək fəaliyyəti dövründə də əlaqələrimizin genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib. Səfir Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində Fransa ilə Azərbaycan arasında əlaqələrin daha da gücləndirildiyini vurğulayıb.

Paskal Mönyenin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin inkişafına verdiyi töhfəni qeyd edən dövlət başçısı onun ölkədəki diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə qalxdığını deyib. İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və eləcə də Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan-Fransa əlaqələrinin geniş sahələri əhatə etməsindən və əməkdaşlığn müxtəlif istiqamətlərdə, o cümlədən enerji, texnologiya, biznes, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluğunu ifadə edib.

Dövlət başçısı səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi