Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib ​Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Xarici siyasət
10 İyun , 2017 18:04
Prezident İlham Əliyev Filippin Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Rodriqo Duterteni Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, təbrikdə deyilir:

Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına sülh və rifah arzulayıram.

Son xəbərlər

Orphus sistemi