Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib Azərbaycan Prezidenti estoniyalı həmkarına Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyib
Xarici siyasət
6 Oktyabr , 2016 18:18
Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş prezidentini təbrik edib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının yeni seçilmiş Prezidenti xanım Kersti Kalyulayda təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, Azərbaycanın dövlət başçısının təbrik məktubunda deyilir: 

"Hörmətli xanım Kalyulayd,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm."

Son xəbərlər

Orphus sistemi