Prezident İlham Əliyev: "Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var" - YENİLƏNİB

Prezident İlham Əliyev: "Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var" - YENİLƏNİB Dövlət başçısı Estoniyanın dövlət idarəçiliyi nazirini qəbul edib
Xarici siyasət
5 Aprel , 2017 13:19
Prezident İlham Əliyev: Azərbaycan və Estoniya arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanlar var - YENİLƏNİB
President.az

*** saat 10:45

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev aprelin 5-də Estoniyanın dövlət idarəçiliyi naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report"un xəbərinə görə, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

Prezident İlham Əliyev Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının fəaliyyətinə toxunan dövlət başçısı ticari-iqtisadi münasibətlərimizin bundan sonra necə inkişaf etdirilməsi ilə bağlı məsələlərin ətraflı müzakirəsi baxımından komissiyanın bu yaxınlarda keçiriləcək iclasının önəmini qeyd edib. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı, həmçinin qarşılıqlı ixrac imkanlarının araşdırılmasının əhəmiyyətini qeyd edib, bu baxımdan ölkələrimizdə lazımi potensialın mövcud olduğunu bildirib. Prezident İlham Əliyev investisiya qoyuluşu məsələlərinin də böyük maraq doğurduğunu vurğulayıb.

Dövlət başçısı ölkələrimizin informasiya texnologiyaları sahəsində uzun müddət çox uğurlu əməkdaşlıq həyata keçirdiyini və Estoniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərdiklərini məmnunluqla qeyd edib. Estoniyanın bu sahədə böyük təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev Estoniyaya səfəri zamanı həmin nailiyyətlərin şahidi olduğunu bildirib. Prezident İlham Əliyev səfər zamanı Estoniya nümayəndə heyətinin Şimal-Cənub nəqliyyat dəhlizinin yeni imkanları nəzərə alınmaqla Azərbaycanın bu istiqamətdə gördüyü işlərlə tanış olacaqlarına əminliyini söyləyib.

Estoniyanın dövlət idarəçilik naziri, Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyasının sədri Mixail Korbun ölkələrimiz arasında iş birliyi sahəsində təcrübənin mövcud olduğunu və bu təcrübənin daha çox xidmət sahəsini əhatə etdiyini vurğulayıb. Azərbaycan ilə ticarət dövriyyəsinin o qədər də böyük olmadığını, lakin bu istiqamətdə inkişaf meyillərinin müşahidə edildiyini deyən Estoniyanın dövlət idarəçilik naziri keçən illə müqayisədə ticarət dövriyyəsinin demək olar ki, 2,5 dəfə artığını məmnunluqla vurğulayıb.

Son xəbərlər

Orphus sistemi