Prezident İlham Əliyev: "Ermənistan BMT qətnamələrindəki şərtləri yerinə yetirməli, əks təqdirdə sanksiyalara məruz qalmalıdır"

Prezident İlham Əliyev: "Ermənistan BMT qətnamələrindəki şərtləri yerinə yetirməli, əks təqdirdə sanksiyalara məruz qalmalıdır" "BMT qətnamələrinin bəziləri iki günə həllini tapır, bəziləri isə 20 ildən çoxdur nəticəsiz qalır"
Xarici siyasət
23 May , 2016 13:55
Prezident İlham Əliyev: Ermənistan BMT qətnamələrindəki şərtləri yerinə yetirməli, əks təqdirdə sanksiyalara məruz qalmalıdır

Bakı. 23 may. REPORT.AZ/ "20 ildən çoxdur ki, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün olaraq qalır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı həyata keçirir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda Dünya Humanitar Forumunda çıxışı zamanı deyib.

Prezident İlham Əliyev Ermənistanın mülki əhaliyə hücumları davam etdirdiyini bildirib. Belə ki, bu ilin aprel ayında Ermənistan dinc vətəndaşlara qarşı növbəti hücumlar həyata keçirib. Ermənilərin dinc əhalini bombalaması nəticəsində insdanlar həyatlarını itirib, 500-dən çox ev dağıdılıb.

"Ermənilər qadağan edilmiş silahlardan, o cümlədən fosforlu bombalarından istifadə edir. Ermənilərin bütün bu qanun pozuntuları sənədləşdirilib", - deyə Azərbaycan Prezidenti vurğulayıb.

"BMT qətnamələrinin bəziləri iki günə həllini tapır, bəziləri isə 20 ildən çoxdur nəticəsiz qalır. Bu Azərbaycana qarşı ikili standart siyasətidir" - deyən Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnaməsinin indiyə qədər yerinə yetirilmədiyini xatırladıb.

"Ermənistan BMT qətnamələrindəki şərtləri yerinə yetirməli, əks təqdirdə sanksiyalara məruz qalmalıdır", - deyə Prezident bildirib.

Son xəbərlər

Orphus sistemi