​Prezident İlham Əliyev: “Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz” - YENİLƏNİB

​Prezident İlham Əliyev: “Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz” - YENİLƏNİB “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”
Xarici siyasət
29 Fevral , 2016 14:47
​Prezident İlham Əliyev: “Enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz” - YENİLƏNİB

“Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”

Bakı. 29 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısında çıxış edib. “Report” xəbər verir ki, dövlət başçısı toplantının keçirilməsinin əhəmiyyətindən danışıb, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub” qaz dəhlizinin reallaşmasında mühüm rol oynadığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirib, bir məqamı da vurğulayıb ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır. Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını deyib, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirib.

Dövlət başçısı bildirib ki, "Cənub Qaz Dəhlizi" layihəsi enerji təhlükəsizliyi layihəsidir: "Bu gün enerji təhlükəsizliyi haqqında danışdıqda biz anlayırıq ki, o, ölkələrin mili təhlükəsizliyinin bir hissəsidir. Enerji resursları şaxələndirmə, hər hansı ölkənin sənaye və iqtisadi inkişafında əsas faktorlardır".

"Zəngin təbii resursları olan ölkələr əlbəttə ki, təhlükəsiz vəziyyətdədirlər. Çünki onlar kənar təchizatdan asılı deyillər, lakin eyni zamanda, onların bazarlara ehtiyacı var. Onlara qanunvericiliklə tənzimlənən hasilatçıların təmin etdiyi həcmləri qəbul edə biləcək uzun perspektivli bazarlar lazımdır. Fikrimcə, biz burada Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində hasilatçılar tranzit ölkələr və eyni zamanda, istehlakçılar arasında maraqların çox yaxşı tarazlığına malikik. Hesab edirəm ki, gələn iki-üç il ərzində planlarımızın uğurla həyata keçirilməsi həmçinin göstərəcək ki, bu layihənin gələcək üçün çox yaxşı potensialı var", - dövlət başçısı əlavə edib.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.

Son xəbərlər

Orphus sistemi