Prezident İlham Əliyev Efiopiya və Keniyanın dövlət başçılarına başsağlığı verib

Prezident İlham Əliyev Efiopiya və Keniyanın dövlət başçılarına başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.
Xarici siyasət
11 Mart , 2019 17:26
Prezident İlham Əliyev Efiopiya və Keniyanın dövlət başçılarına başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti xanım Sahle-Uork Zevdeyə başsağlığı məktubu göndərib.

"Report"un xəbərinə görə, başsağlığı mətnində deyilir:

"Hörmətli xanım Prezident,

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Efiopiya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Prezident İlham Əliyev Keniya Respublikasının Prezidenti Uhuru Kenyattaya da başsağlığı məktubu göndərib. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

“Efiopiya hava yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərindən son dərəcə kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Keniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi