Prezident İlham Əliyev Dominikanın dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Dominikanın dövlət başçısını təbrik edib Məktub Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə göndərilib
Xarici siyasət
26 Fevral , 2018 18:01
Prezident İlham Əliyev Dominikanın dövlət başçısını təbrik edib

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident,

Dominikan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi