Prezident İlham Əliyev Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşüb Görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub
Xarici siyasət
22 Yanvar , 2018 21:04
Prezident İlham Əliyev Davosda “LUKOİL” şirkətinin prezidenti ilə görüşüb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda Rusiyanın “LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə “LUKOİL” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti müzakirə olunub.

Bu şirkətin 20 ildən çoxdur ki, ölkəmizə sərmayələr qoyduğu qeyd edilib. “LUKOİL”-SOCAR əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib və gələcək əməkdaşlığın istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi