Yuxarı

Prezident İlham Əliyev Davosda enerji geosiyasəti mövzusunda sessiyada iştirak edib

Azərbaycan Prezidenti sessiyada Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən danışıb

BAKI. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Dünya iqtisadi liderlərinin qeyri-formal toplantısı: Enerji geosiyasəti üzrə yeni qlobal kontekst” mövzusunda sessiyada iştirak edib.

"Report" xəbər verir ki, yüksək səviyyəli rəsmi şəxslərin qatıldığı sessiyada dövlətimizin başçısı İlham Əliyev çıxış edərək Azərbaycanın energetika sahəsində qazandığı nailiyyətlərdən, enerji sektorunda əldə olunan gəlirlərin iqtisadiyyatın şaxələndirilməsinə uğurla yönəldilməsindən, ölkəmizin qlobal enerji layihələrində fəal iştirakından, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın önəmli rolundan, “Cənub” qaz dəhlizi layihəsinin əhəmiyyətindən danışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi