Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev: "Azərbaycanın böhranın öhdəsindən gələcəyinə əminəm" - YENİLƏNİB - FOTO

    Prezidenti İlham Əliyev “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edib

    Bakı. 21 yanvar. REPORT.AZ/ "Azərbaycanın Dövlət Neft Fondunda böyük ehtiyatlar var. Buna görə də hesab edirəm ki, dövlətimiz bu ehtiyatlarla vəziyyəti idarə edəcək".

    "Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu fikri Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusundakı sessiyada səsləndirib.

    Dövlət başçısı qeyd edib ki, hazırda ölkənin iqtisadi vəziyyəti sabitdir, xarici borc ÜDM-in cəmi 12 faizini təşkil edir, xarici valyutada ehtiyatlar var.

    Onun sözlərinə görə, çətin ki, neftin qiyməti daha da aşağı düşsün,"ancaq bu gün vəziyyət elədir ki, neftin qiymətinin gələcəkdə azalması bizi təəccübləndirməyəcək".

    Ölkə başçısı deyib ki, OPEC-ə üzv dövlətlərlə bu təşkilatın üzvü olmayan istehsalçılar arasında hasilatın azaldılması istiqamətində vahid mövqe formalaşsa, müəyyən nəticə əldə etmək olar.

    Prezident qeyd edib ki, bu olmasa mövcud vəziyyət qalacaq və hamı neftin qiymətinin nə vaxt minimum səviyyəyə düşəcəyini gözləyəcək: "Təəssüf ki, OPEC-in hər toplantısından sonra neftin qiyməti düşür".

    Prezident, həmçinin bildirib ki, "qara qızılın" qiymətinin azalması psixoloji baxımdan da qıcıqlandırıcı təsirə malikdir.

    Dövlət başçısı onu da qeyd edib ki, hazırda Azərbaycan üçün islahatlar aparmaq baxımından yaxşı məqamdır: "Ölkə ixrac yönümlü qeyri-neft məhsullarının istehsalına başlayıb".

    *** 21.30

    Bakı. 21 yanvar. REPORT.AZ/ Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi