Yuxarı

Prezident İlham Əliyev Çinin yeni səfirinin etimadnaməsini qəbul edib

Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib

Bakı. 3 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanın etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.

Diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi