Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib

Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib "Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım"
Xarici siyasət
4 İyun , 2015 15:53
Azərbaycan Prezidenti Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlət başçısı İlham Əliyev başsağlığı məktubunda qeyd edib ki, Yanszı çayında səyahət gəmisinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbərini kədər hissi ilə qarşıladım: "Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə, bütün Çin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Son xəbərlər

Orphus sistemi