Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb
Xarici siyasət
26 Oktyabr , 2016 11:24
Prezident İlham Əliyev 4 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib

Bakı. 26 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev oktyabrın 26-da Cibuti Respublikasının Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əli Kamilin etimadnaməsini qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev oktyabrın 26-da Banqladeş Xalq Respublikasının Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Allama Siddikinin də etimadnaməsini qəbul edib.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pule İsaak Malefanenin etimadnaməsini də qəbul edib.

Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Y.K.A.Rohanacitin etimadnaməsini qəbul edib.

Son xəbərlər

Orphus sistemi