Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib "Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi"
Xarici siyasət
30 Noyabr , 2016 14:09
Prezident İlham Əliyev braziliyalı həmkarına başsağlığı verib

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temerə başsağlığı verib.

“Report”un xəbərinə görə, başsağlığı məktubunda deyilir: 

“Hörmətli cənab Prezident,

Kolumbiyada sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Braziliya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”.

Son xəbərlər

Orphus sistemi