Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev BP-nin regional prezidentini və əməliyyat direktorunu qəbul edib - YENİLƏNİB

    Dövlət başçısı Qəri Counza fəaliyyətində uğurlar arzulayıb© Azertag.az

    *** saat 10:58

    Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 29-da BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Consu və istehsal, transformasiya və karbon üzrə əməliyyat direktoru Qordon Birreli qəbul edib.

    “Report” xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

    Prezident İlham Əliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə keçmiş regional prezidenti Qordon Birreli BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Qordon Birrelin Azərbaycandakı fəaliyyət illərinin ölkəmizdə enerji sahəsində mühüm inkişafa nail olunduğu dövrə təsadüf etdiyini deyən dövlət başçısı bu illər ərzində böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb. Qordon Birrelin ölkəmizdəki fəaliyyətinin uğurlu olduğunu bildirən Prezident İlham Əliyev onun Azərbaycan ilə BP arasında əməkdaşlığa öz töhfəsini verdiyini qeyd edib, Qordon Birrelin fəaliyyətinin həm Azərbaycan hökuməti, həmçinin BP rəhbərliyi və şirkətin tərəfdaşları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

    BP şirkətinin hasilat, transformasiya və karbon üzrə baş əməliyyat rəhbəri Qordon Birrel BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yeni təyin olunmuş regional prezidenti Qəri Counz Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Qəri Counza fəaliyyətində uğurlar arzulayıb, ölkəmizin BP ilə əməkdaşlığının bundan sonra da uğurla davam etdiriləcəyinə və qarşıya qoyulan bütün məqsədlərə nail olunacağına ümidvar olduğunu bildirib.

    Qordon Birrel Azərbaycanda işlədiyi dövrü məmnunluqla xatırlayaraq bu illər ərzində fəaliyyətinə verilən böyük dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. BP ilə Azərbaycan arasında əməkdaşlığın vacib məqamlarından danışan Qordon Birrel gələn il “Şahdəniz-2” yatağından çıxarılması nəzərdə tutulan qazın ilk olaraq Türkiyəyə, daha sonra 2020-ci ildə Avropaya ixrac olunmasının önəmini vurğulayıb. Qordon Birrel Novruz bayramı günlərində Bakıda olduğunu məmnunluqla qeyd edərək şəhərimizin gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb.

    Görüşdə “Azəri-Çıraq-Günəşli” layihəsinin uzadılması ilə bağlı məsələlər, həmçinin “Şahdəniz” və “Dayaz Sulu Abşeron” layihələri ətrafında müzakirələr aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi