Yuxarı

Prezident İlham Əliyev Bolqarıstanın baş naziri Boyko Borisovu qəbul edib

Görüşdə iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi və genişləndiyi bildirilib

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəyə səfərə gələn Bolqarıstan Respublikasının baş naziri Boyko Borisovu qəbul edib.

"Report"un məlumatına görə, bu yaxınlarda Bolqarıstan Respublikasına uğurlu səfərini və baş nazir Boyko Borisovla Sofiyada keçirdiyi görüşü məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin və birinci Avropa Oyunlarının açılış mərasimində iştirakının önəmini qeyd edib. Birinci Avropa Oyunlarının tarixi bir hadisə olduğunu vurğulayan Prezident İlham Əliyev Bolqarıstan idmançılarına uğurlar arzulayıb.

Bolqarıstanın baş naziri Boyko Borisov ölkəsinin birinci Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunduğunu deyib.

Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi və genişləndiyi bildirilib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi