Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rosen Plevneliyevə bu ölkənin sabiq dövlət başçısı Jelyu Jelevin vəfatı ilə əlaqədar başsağlığı məktubu göndərib. “Report”un xəbərinə görə, məktubda deyilir:
“Bolqarıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.