Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib "Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"
Xarici siyasət
25 Mart , 2017 18:10
Prezident İlham Əliyev Banqladeşin dövlət başçısını təbrik edib

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Banqladeş Xalq Respublikasının dövlət başçısı Md. Əbdül Həmidə təbrik məktubu göndərib.  

"Report"un məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Banqladeş xalqına əmin-amanlıq və firavanlıq arzulayıram"

Son xəbərlər

Orphus sistemi