Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev​ Azərbaycanla Türkiyə arasında Birgə Bəyanatın təsdiq edilməsi haqqında qərar imzalayıb

    Birgə Bəyanat bu il yanvarın 15-də Ankara şəhərində imzalanıb

    Bakı. 16 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” Birgə Bəyanatın təsdiq edilməsi haqqında qanunu təsdiqləyən qərar imzalayıb. 

    "Report" xəbər verir ki, qanun bir müddət əvvəl Milli Məclisdə qəbul edilib. 

    Qərara əsasən, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 15 yanvar 2015-ci il tarixində keçirilmiş dördüncü iclasının nəticələrinə dair” 2015-ci il yanvarın 15-də Ankara şəhərində imzalanmış Birgə Bəyanat təsdiq edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi