Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir"

Prezident İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir" Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Günü münasibətilə RF Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.
Xarici siyasət
11 İyun , 2018 18:32
Prezident İlham Əliyev: Azərbaycan-Rusiya münasibətləri yüksək səviyyədədir

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Günü münasibətilə RF Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda dost Rusiyanın bu gün dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadiyyatın davamlı inkişafı və modernləşdirilməsi, xalqın rifahının yüksəldilməsi məsələlərini uğurla həll etdiyi, onun beynəlxalq arenada fəal rol oynadığı qeyd olunur.

Təbrik məktubunda deyilir: “Ölkələrimizin ən geniş spektrli məsələlər üzrə səmərəli əməkdaşlığını və sıx qarşılıqlı fəaliyyətini əyani şəkildə əks etdirən Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur”.

Prezident İlham Əliyev əminliklə vurğulayır ki, birgə səylər bundan sonra da ənənəvi sıx dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın və ölkələrimizin mənafeyi naminə Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə yönələcək.

Son xəbərlər

Orphus sistemi