Prezident İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib
Xarici siyasət
15 Fevral , 2018 11:22
Prezident İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev fevralın 15-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasında iştirakına və tədbirdə dediyi xoş sözlərə görə Maroş Şefçoviçə minnətdarlığını bildirib.

Dövlət başçısı vurğulayıb ki, bu toplantı “Cənub Qaz Dəhlizi” layihəsinin inkişafında yeni mərhələdir. Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizinin icrasına verdiyi dəstəyə görə Maroş Şefçoviçə və eləcə də Avropa İnvestisiya Bankına layihənin maliyyələşməsində dəstəyi ilə əlaqədar minnətdarlığını ifadə edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç bu iclasda və Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən əvvəlki iclaslarda iştirakından məmnunluğunu bildirib. Maroş Şefçoviç layihənin icrasında böyük inkişafın olduğunu deyib. 

Son xəbərlər

Orphus sistemi