Prezident İlham Əliyev Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

Prezident İlham Əliyev Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb
Xarici siyasət
13 Fevral , 2016 15:01
Prezident İlham Əliyev Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşüb.

“Report” xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulanıb və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi