Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib - YENİLƏNİB Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
9 Fevral , 2017 13:49
Prezident İlham Əliyev AŞPA-nın hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisini qəbul edib - YENİLƏNİB

*** saat 12:52

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alan Desteksi qəbul edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini qeyd edən dövlət başçısı ölkəmizin Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayaraq bu günlərdə Avropa İttifaqındakı mühüm və səmərəli görüşlərini xatırlayıb.

Görüşdə ölkəmizin daha da müasirləşdirilməsi və demokratikləşməsi istiqamətində atılan addımlar, həyata keçirilən islahatlar və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı görülən işlərdən danışılıb, Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi