Yuxarı

​Prezident İlham Əliyev argentinalı həmkarını təbrik edib

“Dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Argentina Respublikasının yeni seçilmiş Prezidenti Maurisio Makriyə təbrik məktubu ünvanlayıb. “Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Argentina Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Argentina arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Argentina xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi