Prezident İlham Əliyev Almaniyanın vitse-kansleri ilə görüşüb

Prezident İlham Əliyev Almaniyanın vitse-kansleri ilə görüşüb Görüşdə Azərbaycan-Almaniya əlaqələrinin səviyyəsindən məmnunluq ifadə edilib
Xarici siyasət
7 İyun , 2016 14:39
Prezident İlham Əliyev Almaniyanın vitse-kansleri ilə görüşüb

Bakı. 7 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev iyunun 7-də Berlində Almaniya Federativ Respublikasının vitse-kansleri, iqtisadiyyat və enerji naziri Ziqmar Qabriel ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə edilib, iki ölkə arasında iqtisadi əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib.

Söhbət zamanı böyük iqtisadi layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı, əczaçılıq, təhsil, nəqliyyat, enerji, su təsərrüfatı, torpaqların təmizlənməsi, kosmik sənaye və digər sahələrdə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi