Bakı. 5 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill ilə söhbətndə ona başsağlığı verib.
"Report"un xəbərinə görə, dövlət başçısı mərhum Prezident Corc Buşun Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yaradılmasında və inkişafında rolunu xüsusi vurğulayıb. Prezident İlham Əliyev mərhum Prezident Corc Buşun ulu öndər
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı müvəqqəti işlər vəkili Vilyam Gill Prezident İlham Əliyevin səfirliyə gəlməsindən böyük şərəf duyduğunu bildirib. O qeyd edib ki, Corc Buş Azərbaycanın müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik münasibətlər quran Amerika Birləşmiş Ştatları Prezidenti kimi ölkələrimiz arasında güclü münasibətlərin təməlini qoyub.
*** 11:43
Bakı. 5 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti
"Report"un xəbərinə görə, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının 41-ci Prezidenti, görkəmli dövlət xadimi Corc Herbert Uoker Buşun vəfatı ilə əlaqədar başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.
Dövlət başçısı ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Viliam Gill ilə söhbət edib.
Prezident İlham Əliyev Corc Buşun görkəmli dövlət xadimi olduğunu deyib, onunla bağlı xatirələrini yada salıb.


