Prezident İlham Əliyev ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib ​“Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir”
Xarici siyasət
7 Noyabr , 2015 16:22
Prezident İlham Əliyev ABŞ Hərbi Dəniz Qüvvələrinin katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

“Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir”

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Rey Maybus ilə 4 il bundan əvvəlki görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev onun ölkəyə bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib. Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təmin olunması istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.

Ölkəyə ötən səfərini məmnunluqla xatırlayan Rey Maybus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğuladı, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.

Son xəbərlər

Orphus sistemi