Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavinini qəbul edib - YENİLƏNİB *** 13:17
Xarici siyasət
29 May , 2018 16:08
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavinini qəbul edib - YENİLƏNİB
president.az
0 : 00
0 : 00

*** 13:17

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini xanım Sandra Oudkirkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirkin Cənub Qaz Dəhlizinin rəsmi açılışında və XXV Beynəlxalq Neft və Qaz Sərgisində iştirak etdiyinə görə minnətdarlığını bildirib. Amerika Birləşmiş Ştatlarının bu tədbirlərdə belə yüksək səviyyədə təmsil olunmasından məmnunluğunu ifadə edən Prezident İlham Əliyev qlobal enerji layihələrinin reallaşdırılmasında ABŞ hökumətinin dəstəyini yüksək qiymətləndirib və ölkələrimizin uzun illər həyata keçirdiyi tərəfdaşlıq əlaqələrinin çox yaxşı nəticələr verdiyini deyib. 

Dövlət başçısı Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimini ölkələrimiz arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə göndərdiyi məktuba görə təşəkkürünü bildirib və ABŞ Prezidentinin həmin məktubda əməkdaşlığımızın mühüm istiqamətlərindən olan enerji sahəsində əlaqələrin inkişafı barədə ifadə etdiyi fikirlərin münasibətlərimizin yüksək səviyyəsinin nümunəsi olduğunu vurğulayıb.

Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasiminə dəvətə görə minnətdarlığını bildirən ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini Sandra Oudkirk ölkələrimiz arasında energetika sahəsində möhkəm əsaslara söykənən əlaqələrin həyata keçirildiyini və bu əlaqələrin regionda əməkdaşlığın genişləndirilməsi, həm də eyni zamanda Avropanın enerji təchizatının şaxələndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Görüşdə Azərbaycan Respublikası ilə ABŞ arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin bundan sonra genişlənəcəyinə əminlik ifadə olunub. 

Son xəbərlər

Orphus sistemi