Prezident İlham Əliyev Tacikistanın dövlət başçısını Azərbaycana səfərə dəvət edib
Xarici siyasət
17 Oktyabr , 2014
15:18
https://static.report.az/photo/7901f98b-5196-463a-9e0e-daabb07a1ed9.jpg
Bakı. 17 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Tacikistana rəsmi səfəri zamanı bu ölkənin prezidenti Emoməli Rəhmonu Azərbaycana səfərə dəvət edib. “Report”un xəbərinə görə, president İlham Əliyev bildirib ki, Azərbaycanla Tacikistan arasında çox gözəl siyasi münasibətlər var və iki ölkə bütün prinsipial məsələlərdə bir-birini dəstəkləyir. “Bununla bərabər, əlbəttə, iqtisadi sahədə də işləri fəallaşdırmalıyıq və hökumətlərarası komissiyanın işi çərçivəsində qəbul edilmiş qərarlar tezliklə öz müsbət nəticəsini verəcək” –deyə, prezident əlavə edib.