Yuxarı
    Bağlamaq

    ​Prezident İlham Əliyev: “Azərbaycan artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib”

    Azərbaycan prezidenti İlham Əliyev BMT nümayəndələrini qəbul edib

    Bakı. 29 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasseri, BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavini, Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Samardjiç-Markoviçi və UNESCO baş direktorunun köməkçisi Lalla Aişa Ben Barkanı qəbul edib. “Report” xəbər verir ki, BMT-nin ictimai məlumat şöbəsinin rəhbəri Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun yüksək səviyyədə təşkilinə görə dövlət başçısına minnətdarlığını bildirib, Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. O, BMT-nin baş katibi Pan Gi Munun tədbirə böyük maraq göstərdiyini vurğulayıb və baş katibin forum iştirakçılarına videomüraciətinin önəmini qeyd edib. Maher Nasser Gənclər siyasəti üzrə birinci qlobal forumun ilk dəfə Bakıda keçirilməsinin gənclər siyasəti sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox önəmli olduğunu deyib.

    BMT baş katibinin gənclər üzrə elçisi Ahmad Rafi Mohamad Alhendavi tədbirin BMT-nin gənclər siyasəti üzrə ilk qlobal forumu olmasının önəmini vurğulayıb. O, forumun bu günədək bu sahədə ən çox ölkə və nümayəndənin bir araya gəldiyi tədbir olduğunu qeyd edib. Ahmad Rafi Mohamad Alhendavi forumun yüksək səviyyədə keçirilməsinə verdiyi dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib.

    Prezident İlham Əliyev Gənclər siyasəti üzrə birinci qlobal forumun Azərbaycanda keçirilməsinin əhəmiyyətini qeyd edib. BMT-nin baş katibi Pan Gi Munun foruma ünvanladığı videomüraciətini tədbirə beynəlxalq səviyyədə verilən önəmin ifadəsi kimi dəyərləndirən dövlət başçısı Azərbaycanın artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrildiyini qeyd edib, bunun ölkələr və xalqlar arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi