​Prezident: "Ermənistandakı kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adı Azərbaycan mənşəlidir"

​Prezident: "Ermənistandakı kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adı Azərbaycan mənşəlidir" "Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir"
Xarici siyasət
9 Noyabr , 2015 23:48
​Prezident: Ermənistandakı kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adı Azərbaycan mənşəlidir

Bakı. 9 noyabr. REPORT.AZ/ "Azərbaycanın çox zəngin tarixi var. Azərbaycan alimləri də, Azərbaycan ictimaiyyəti də bunu yaxşı bilir. Biz öz tariximizi, bu reallıqları dünya miqyasında daha da dolğun təqdim etməliyik. Nəyə görə? İlk növbədə, bizi tanısınlar, görsünlər ki, nə qədər zəngin tariximiz var".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunan ümumi yığıncaqda çıxış edən prezident İlham Əliyev deyib.

Digər tərəfdən, prezidentin sözlərinə görə, bizə qarşı təxribatlar aparılır:

"Yəni, Azərbaycan tarixini ermənilər təhrif etməyə çalışırlar və diaspor imkanlarından istifadə edərək, bəzi hallarda buna nail olurlar. “Erməni alimləri” xüsusilə regionun, Cənubi Qafqazın tarixi ilə bağlı yalan, uydurma əsasında kitablar dərc edirlər, təqdimatlar keçirirlər. Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar. Bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıbdır. Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində yerləşən kəndlərin, şəhərlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir. Budur reallıq. İrəvan xanlığının əhalisinin 70-80 faizi azərbaycanlılar olub. Çox şadam ki, mənim tövsiyəmlə İrəvan xanlığı haqqında çox sanballı elmi əsər yaradılıb, bir neçə xarici dilə tərcümə edilib. Bu əsərlər faktlar, həqiqətlər üzərində yaradılır".

Son xəbərlər

Orphus sistemi