Prezident: "Əminəm ki, Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri müvəffəqiyyətlə davam edəcək"

Prezident: "Əminəm ki, Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri müvəffəqiyyətlə davam edəcək" "Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Səudiyyə Ərəbistanının verdiyi dəstəyi və ədalətli mövqeyini xalqımız daim yüksək qiymətləndirir".
Xarici siyasət
22 Sentyabr , 2021 15:55
Prezident: Əminəm ki, Azərbaycan - Səudiyyə Ərəbistanı münasibətləri müvəffəqiyyətlə davam edəcək
İlham Əliyev

"Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Səudiyyə Ərəbistanının verdiyi dəstəyi və ədalətli mövqeyini xalqımız daim yüksək qiymətləndirir".

"Report"un xəbərinə görə, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ünvanladığı təbrik məktubunda əksini tapıb.

"Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər vardır. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan quruculuq prosesində qardaş ölkənizi təmsil edən şirkətlərin iştirakı iqtisadi əlaqələrimizin şaxələndirilməsinə önəmli töhfə verə bilər.

Əminəm ki, güclü İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar, xüsusən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcək", - məktubda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi