Prezident: "ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar münasibətlərə ciddi zərər vurub"

Prezident: "ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar münasibətlərə ciddi zərər vurub" Telefon söhbəti zamanı Prezident İlham Əliyev qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Xarici siyasət
28 Noyabr , 2023 10:55
Prezident: ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar münasibətlərə ciddi zərər vurub

"ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 27-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib.

Dövlətimizin başçısı 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzli olduğunu, həqiqəti əks etdirmədiyini və Azərbaycan tərəfindən rədd edildiyini bildirib.

Azərbaycan tərəfinin ABŞ-ın Azərbaycana münasibətdə yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması və “ikitərəfli münasibətlərimizdə “əvvəlki kimi” ola bilməz” bəyanatını nəzərə aldığı, bunu adekvat cavablandırdığı vurğulanıb.

Son xəbərlər

Orphus sistemi