​Prezident: "Bugünkü Ermənistan süni dövlətdir"

​Prezident: "Bugünkü Ermənistan süni dövlətdir" "Bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var"
Xarici siyasət
25 Noyabr , 2015 01:26
​Prezident: Bugünkü Ermənistan süni dövlətdir

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb.

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.

"Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı bu torpaqlarda əsrlər boyu yaşayıb, yaradıb. Ermənilər Dağlıq Qarabağ ərazisinə XIX əsrdə köçürülüb. Bu tarixi biz yaxşı bilirik və bütün dünya da bu tarixi bilməlidir. Son illər ərzində aparılan siyasət, o cümlədən deputatlar tərəfindən görülən işlər nəticəsində artıq geniş beynəlxalq ictimaiyyət bilir ki, bu, bizim tarixi torpağımızdır. Nəinki Dağlıq Qarabağ, eyni zamanda, indiki Ermənistanın ərazisi tarixi Azərbaycan torpağıdır və bunu sübut edən kifayət qədər dəlillər, tarixi faktlar var. Biz sadəcə olaraq bu faktları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq, çatdırırıq və çatdıracağıq".

Prezident qeyd edib ki, bugünkü Ermənistan süni dövlətdir, tarixi Azərbaycan torpağında yaradılıb.

"Bir daha demək istəyirəm ki, bu həqiqətləri bütün dünya bilməlidir. Çünki münaqişənin həlli üçün əlbəttə, tarixi əsaslar da mühüm rol oynayır. Uzun illər erməni təbliğatı sübut etməyə çalışırdı ki, Dağlıq Qarabağ onların tarixi torpağıdır. Lobbi qrupları vasitəsilə müəyyən dərəcədə ictimai rəyi çaşdıra bilmişdi. Ancaq son illər ərzində Azərbaycanın diplomatik səyləri, eyni zamanda, ictimai təşkilatların fəaliyyəti, dövlət siyasəti əlbəttə ki, real mənzərəni dünya ictimaiyyətinin diqqətinə çatdırır və çatdıracaq".

Son xəbərlər

Orphus sistemi