​Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib

​Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib Dövlət başçısı Çarls Hendrinin əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib
Xarici siyasət
2 Mart , 2015 16:05
​Azərbaycan Prezidenti Böyük Britaniya baş nazirinin ticarət məsələləri üzrə elçisini qəbul edib

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Böyük Britaniya baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ölkələrində ticarət məsələləri üzrə elçisi Çarls Hendrini qəbul edib. 

“Report”un xəbərinə görə, Çarls Hendri bildirib ki, Azərbaycana səfərinin əsas məqsədi Prezident İlham Əliyevin təşəbbüsü ilə “Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında” Anlaşma Memorandumu imzalamaqdır.

Dövlət başçısı Azərbaycan ilə Böyük Britaniya arasında təkcə enerji sektorunda deyil, iqtisadi, ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini vurğulayıb. Prezident İlham Əliyev daha çox sayda Britaniya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsində də ölkəmizin maraqlı olduğunu deyib. Dövlət başçısı Çarls Hendrinin bu istiqamətdə əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirib.

Son xəbərlər

Orphus sistemi