Prezident Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlığa dair sənədi təsdiqləyib

Prezident Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlığa dair sənədi təsdiqləyib Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
Xarici siyasət
18 Dekabr , 2023 15:40
Prezident Azərbaycanla İraq arasında turizm sahəsində əməkdaşlığa dair sənədi təsdiqləyib
İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

"Report"un xəbərinə görə, Fərmanla 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə İraq Respublikasının Mədəniyyət, Turizm və Tarixi Abidələr Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Son xəbərlər

Orphus sistemi