Prezident: "Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır"

Prezident: "Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır" Azərbaycanın yüksəksəviyyəli beynəlxalq nüfuzunu nümayiş etdirir
Xarici siyasət
104
12 İyun , 2021 15:43
Prezident: Azərbaycanın xarici siyasət kursu bütün ölkələrlə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır

"Təmsil etdiyiniz ölkələrlə Azərbaycan çoxsaylı beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir - birinci növbədə Birləşmiş Millətlər Təşkilatında, eyni zamanda, ATƏT-də, İslam Əməkdaşlıq Təşkilatında, Avropa Şurasında, Qoşulmama Hərəkatında. Müxtəlif beynəlxalq formatlarda bizim çox fəal təmaslarımız var və mən əminəm ki, bu, belə də davam edəcək. Çünki ölkələrimiz arasında hər hansı fikir ayrılığı yoxdur".

"Report"un xəbərinə görə, bunu Prezident İlham Əliyev iyunun 12-də Qvatemala Respublikasının, İrlandiyanın, Albaniya Respublikasının, Norveç Krallığının, Monteneqro Respublikasının, Estoniya Respublikasının, Somali Federativ Respublikasının, Yeni Zelandiyanın, Sloveniya Respublikasının və Danimarka Krallığının Azərbaycana yeni təyin olunan qeyri-rezident səfirlərinin etimadnamələrini qəbul edərkən deyib.

"Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursu dünyanın bütün ölkələri ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Hesab edirəm ki, məhz buna görə Azərbaycan indi BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Biz 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri seçilmişik. Bu, Azərbaycanın yüksəksəviyyəli beynəlxalq nüfuzunu nümayiş etdirir. Çünki 120 ölkənin yekdil qərarı ilə seçilmək çox şey deməkdir. Sədrliyi təhvil aldıqdan sonra bəyan etdik ki, biz ədaləti, beynəlxalq hüququ və üzv dövlətlərin maraqlarını qoruyacağıq. Biz bunu etməyə çalışırıq. Xüsusilə indi COVID-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan iki mühüm beynəlxalq tədbirin keçirilməsinin təşəbbüskarı olmuşdur - Qoşulmama Hərəkatının COVID-19-a həsr olunmuş Sammiti və BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi iclası. Bu təşəbbüs də 155 ölkə tərəfindən dəstəklənmişdir. Bizim daimi verdiyimiz ən əsas mesajlardan biri vaksin millətçiliyinə yol verməmək və vaksinləri almaq üçün maliyyə resursları olmayan ölkələrin donor təşkilatları və zəngin ölkələr tərəfindən dəstəklənməsinə imkan yaratmaq üçün vaksinlərin ədalətli paylanılmasıdır", - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi