Prezident: "Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir"

Prezident: "Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir" "Azərbaycan müstəqil, suveren dövlətdir və hamıdan buna hörmət etməyi xahiş edirik"
Xarici siyasət
18 Oktyabr , 2016 14:18
Prezident: Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Azərbaycanda istisnasız olaraq bütün demokratik normalar təmin edilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Sputnik"ə müsahibəsində beynəlxalq ictimaiyyətin Azərbaycana münasibətdə tənqidi və ikili standartlarını şərh edərkən deyib.

"Bizdə mətbuat azadlığı, yüzlərlə qəzet, jurnal, televiziya, çoxlu kanallar, senzurasız internet var və artıq əhalinin 75%-dən çoxu internet istifadəçisidir. Axı bu şəraitdə mətbuata təzyiq edilməsi barədə necə danışmaq olar?! Bu, mümkün deyil və belə hədəfimiz də yoxdur. Bizdə hər cür azadlıq təmin edilir, buna baxmayaraq, Azərbaycan daim demokratiya olmaması, insan hüquqlarının pozulması baxımından əsassız hücumlara hədəf olur. Bütün bunlar siyasi çalarlı hərəkətlərdir və onlar reallıqla heç cür uzlaşmır, Azərbaycanın təzyiq və şantaj edilməsi, qarayaxma xaraketeri daşıyır" - İlham Əliyev deyib.

O bildirib ki, bütün bunlar Azərbaycanın müstəqil siyasət yürütməsindən, öz yolu ilə getməsindən irəli gəlir: "Biz müstəqil siyasət aparırıq və bu, heç kimə, hətta bizə çirkin hücum edənlərə belə, yönəlməyib. Bizim Avropa İttifaqına üzv ölkələrlə çox geniş siyasi, iqtisadi və energetika əlaqələrimiz, ABŞ ilə siyasi əlaqələrin səviyyəsində tərəfdaşlıq münasibətlərimiz var. Amma görünür, bu ölkələrin bəzi dairələrinə bu, kifayət etmir, onlar daha çoxunu istəyir".

"Azərbaycan müstəqil, suveren dövlətdir və hamıdan buna hörmət etməyi xahiş edirik" - prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi