Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib

Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. 
Xarici siyasət
1986
1 Mart , 2018 10:18
Prezident Azərbaycan və Moldova hökumətləri arasında hərbi sahədə əməkdaşlıq sazişini təsdiqləyib

Bakı. 1 mart. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi barədə fərman imzalayıb. 

"Report" xəbər verir ki, fərmanla Azərbaycan hökuməti və Moldova hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında 2017-ci il aprelin 24-də Kişinyov şəhərində və iyunun 12-də Bakı şəhərində imzalanmış saziş təsdiqlənib. 

Fərmanın 1-ci hissəsində göstərilən saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Moldova hökumətinə bildiriş göndərəcək. 

Son xəbərlər

Orphus sistemi