Yuxarı
    Bağlamaq

    Prezident: "Azərbaycanla ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlər çox yaxşı səviyyədədir" - YENİLƏNİB

    Prezident İlham Əliyev ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədrini qəbul edib© President.az

    Bakı. 31 iyul. REPORT.AZ/ ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu qeyd edərək deyib: “Sizin ecazkar ölkənizdə olmağımdan çox məmnunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerdə dostluq və qonaqpərvərlik nümayiş etdirirlər. Mən ABŞ-a geri döndükdə bu təəssüratlarımı hamı ilə bölüşəcəyəm”. Cavan Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirib.

    Prezident İlham Əliyev qonağın Bakıda və regionlarda olmasının ölkəmiz haqqında daha geniş informasiya əldə edilməsi işinə kömək edəcəyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmlidir və bu, həm də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu deyib. Dövlət başçısı, eyni zamanda, ABŞ-ın bəzi regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik olmadığını vurğulayaraq, Azərbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd edib.


    *** saat 13:44

    Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də Amerika Birləşmiş Ştatlarının Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.

    "Report"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi