Yuxarı
    Bağlamaq

    Prezident: "Azərbaycan donor ölkəyə çevrilib və müxtəlif layihələrdə fəal iştirak edir"

    Biz tədricən neftin qiymətindən asılılığımızı azaldırıq

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan müstəqillik qazandıqdan sonra böyük uğurlar əldə edə bilib. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində təşkil edilən "Transformasiya regionları: Avrasiya" mövzusunda müzakirələrdə çıxışı zamanı bildirib. 

    Prezident İlham Əliyev Azərbaycanın bu illər ərzində inkişafından, ölkənin regiondakı və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıb. 

    Dövlət başçısı deyib ki, bu gün Azərbaycan iqtisadiyyatının 85%-ni özəl sektor təşkil edir, iqtisadiyyatın diversifikasiyası ilə bağlı mühüm addımlar atılır.

    "Biz tədricən neftin qiymətindən asılılığımızı azaldırıq. İqtisadiyyatın böyük hissəsi qeyri-neft sektorunun hesabına formalaşır", - prezident bildirib.

    Prezident İlham Əliyev vurğulayıb ki, indi Azərbaycan özü donor ölkəyə çevrilib və müxtəlif layihələrdə fəal iştirak edir.

    O, enerji təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb və xatırladıb ki, Azərbaycan Avropanın ən iri enerji layihələrindən biri olan "Cənub" Qaz Dəhlizi layihəsində iştirak edir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi