Yuxarı
    Bağlamaq

    ​Prezident: "Azərbaycan Aİ ilə əlaqələrin formalaşdırılması istiqamətində ciddi danışıqların başlanacağına ümid edir"

    Avropa ölkələri ilə münasibətlər yüksələn xətlə inkişaf edir

    Bakı. 28 may. REPORT.AZ/ "Avropa ölkələri ilə əməkdaşlığımız genişlənir. Həm ikitərəfli formatda çox gözəl əlaqələrimiz var, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində böyük işlər görülür, görülübdür. Hazırda münasibətlər yüksələn xətlə inkişaf edir. Bu, bizi sevindirir, əminəm ki, Avropa qurumlarını da sevindirir".

    "Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

    Dövlət başçısı bildirib ki, Azərbaycanın Avropa İttifaqının üzvü olan 8 ölkə ilə strateji tərəfdaşlığı haqqında sənədlər imzalanıb və ya qəbul edilib.

    "Bu, Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Bütövlükdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin formalaşdırılması istiqamətində təkliflər indi masa üzərindədir. Ümid edirəm ki, yaxın zamanlarda ciddi danışıqlar başlanacaqdır", - deyə İlham ƏLiyev bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi