Bakı. 4 may. REPORT.AZ/ Praqada Vışeqrad qrupu (Polşa, Çexiya, Slovakiya, Macarıstan) və Şərq Tərəfdaşlığı (Azərbaycan, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan) ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayıb.
"Report" xəbər verir ki, görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir.
Görüş zamanı mövcud əməkdaşlıq və Şərq Tərəfdaşlığı proqramının perspektivləri, Vışeqrad dördlüyü və Şərq Tərəfdaşlığı ölkələrinin əməkdaşlığı, eləcə də bir sıra aktual regional məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Aİ-nin altı şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına istiqamətlənmiş "Şərq tərəfdaşlığı" proqramı 2009-cu ildə başlayıb. Bu təşəbbüs Polşa və İsveç tərəfindən irəli sürülüb.