Praqada “Media və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib

Praqada “Media və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Çexiya Xarici İşlər Nazirliyi (XİN), Praqa Beynəlxalq Əlaqələr İnstitutu və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrlik etdiyi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) birgə əməkdaşlığı ilə “Media və mədəniyyətlərarası dialoq” mövzusunda Çexiya XİN-də konfrans keçirilib.
Xarici siyasət
7 Noyabr , 2017 20:01
Praqada “Media və mədəniyyətlərarası dialoq” mövzusunda konfrans keçirilib

Bakı. 7 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Çexiya Xarici İşlər Nazirliyi (XİN), Praqa Beynəlxalq Əlaqələr İnstitutu və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrlik etdiyi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzv ölkələrinin Çexiyada akkreditə olunmuş səfirlərinin Praqa Qrupunun (PQ) birgə əməkdaşlığı ilə “Media və mədəniyyətlərarası dialoq” mövzusunda Çexiya XİN-də konfrans keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, konfransın açılışında Çexiya xarici işlər naziri Lubomir Zaoralek, Azərbaycanın Çexiyadakı səfiri, İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun sədri Fərid Şəfiyev, Praqa Beynəlxalq Əlaqələr İnstitutunun direktoru Petr Kratochvil çıxış ediblər. Açılış nitqlərindən sonra konfransın panelində mühazirəçi qismində Azərbaycanın XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev çıxış edib.

İƏTPQ-nin sədri qismində çıxış edən səfir Fərid Şəfiyev konfransın əhəmiyyəti haqqında söhbət açıb və medianın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rola diqqəti çəkib. Azərbaycan səfiri dünyada artmaqda olan ksenofobiya və dözümsüzlük halları müstəvisində problemli məsələlərin dialoq və birgə anlaşma vasitəsilə həll edilməsinin vacibliyini qeyd edib. Səfir həmçinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edildiyini, Bakıda həm İslam Həmrəyliyi oyunları, həm də Avropa oyunlarının təşkil edildiyini vurğulayıb.

Hikmət Hacıyev öz çıxışında Azərbaycanın multikulturalizm ənənələri, dinlər və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi töhfələri, “Bakı prosesi” və Azərbaycanın bu sahədə apardığı uğurlu siyasəti barəsində danışaraq, diqqəti artan İslamafobiya, ksenofobiya kimi mənfi tendensiyalara çəkib. O həmçinin İslamafob təfəkkürü əsasında bəzi siyasi dairələr tərəfindən aparılan dezinformasiya kampaniyaları, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkünlərin etnik təmizləməyə məruz qalması, Azərbaycana qarşı işğalını gizlətmək üçün Ermənistan və erməni lobbi dairələrinin münaqişəyə dini don geyindirmə cəhdlərinə toxunub.

Qeyd edək ki, konfransda Çexiyanın dövlət qurumları, bu ölkədə akreditə olmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, ali təhsil müəssisələrinin professor və tələbələri iştirak edib.

Son xəbərlər

Orphus sistemi