Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb İştirakçılar həll olunmamış münaqişələrin nizamlanmasını, ATƏT XİNŞ-in dekabrda keçiriləcək iclasına hazırlığı müzakirə edəcək
Xarici siyasət
1 Sentyabr , 2016 15:26
Potsdamda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Almaniyanın Potsdam şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayıb.

"Report" xəbər verir ki, iclası ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer açıb.

"ATƏT məkanında etimadın bərpası üzrə müzakirələri gücləndirmək lazımdır", - deyə, o bildirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da iştirak etdiyi iclasın gedişində iştirakçılar ATƏT regionunda təhlükəsizliyin ümumi problemlərini, ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, ATƏT məkanında böhranların və həll olunmamış münaqişələrin, o cümlədən də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə edəcəklər.

Həmçinin, XİN başçıları dekabrın əvvəlində Almaniyanın Hamburq şəhərində keçiriləcək Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasına hazırlığı müzakirə edəcəklər.

Son xəbərlər

Orphus sistemi