​Poroşenko Azərbaycan Prezidentini təbrik edib

​Poroşenko Azərbaycan Prezidentini təbrik edib “İkitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək”
Xarici siyasət
27 May , 2016 17:08
​Poroşenko Azərbaycan Prezidentini təbrik edib

Bakı. 27 may. REPORT.AZ/ Ukraynanın Prezidenti Petro Poroşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Report”un xəbərinə görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Müstəqillik illərində inkişafın strateji istiqamətlərində mühüm uğurların əldə olunması Azərbaycan Respublikasının regional liderliyinin və nüfuzunun gələcəkdə də beynəlxalq arenada gücləndirilməsi yolunda inamlı tərəqqisinin göstəricisidir.

Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında nizamlanmasına dair ardıcıl və qətiyyətli mövqeyə malikdir. Ölkəmiz, həmçinin Ukraynanın ərazi bütövlüyü məsələsində Azərbaycan Respublikasının dəstəyini yüksək qiymətləndirir.

Əminəm ki, ikitərəfli səmərəli əməkdaşlığımız gələcəkdə də ölkələrimizin rifahı üçün dostluq və qarşılıqlı hörmət ruhunda inkişaf edəcək, cari ildə Ukrayna və Azərbaycan Prezidentləri Şurasının növbəti iclasının keçirilməsi isə ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki müstəvidə həyata keçirilməsinə yeni təkan verəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, dost Azərbaycan xalqına sülh, həmrəylik və firavanlıq diləyirəm”.

Son xəbərlər

Orphus sistemi