Poltava vilayət Şurasının sədri: “Azərbaycanlılarla əməkdaşlığa yüksək səviyyədə hazıram”

Poltava vilayət Şurasının sədri: “Azərbaycanlılarla əməkdaşlığa yüksək səviyyədə hazıram” Poltava vilayətinin Şura (vilayət parlamenti) sədri Aleksandr Bilenkiy Ukrayna-Azərbycan Gənclər Hərəkatı təşkilatı ilə görüşüb.
Xarici siyasət
10 Avqust , 2021 17:13
Poltava vilayət Şurasının sədri: “Azərbaycanlılarla əməkdaşlığa yüksək səviyyədə hazıram”

Poltava vilayətinin Şura (vilayət parlamenti) sədri Aleksandr Bilenkiy Ukrayna-Azərbaycan Gənclər Hərəkatı təşkilatının nümayəndələri ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə Hərəkatın rəhbəri Əkbər Hüseynzadə, aparıcı üzvlərdən Oles Zabolotskiy, Mahsun Bufaqov, Minnik Niftəliyeva, Təbriz Hüseynli və digərləri iştirak ediblər.

Görüş zamanı Əkbər Hüseynzadə yeni yaradılmış hərəkatın fəaliyyət istiqamətləri, məqsədi və qısa müddətdə gördüyü iş barədə məlumat verib. Hərəkatın azərbaycanlı və ukraynalı gənclərin birgə fəaliyyətini özündə birləşdirdiyini deyən Ə.Hüseynzadə bildirib ki, məqsədləri Ukrayna-Azərbaycan dostluğunu gücləndirməkdir. O, vilayət Şurası ilə əməkdaşlıq üçün təkliflərini də açıqlayıb.

Aleksandr Bilenkiy öz növbəsində qeyd edib ki, azərbaycanlı gənclərin fəallığı onları məmnun edir və vilayət Şurası Ukrayna-Azərbaycan əlaqələrinin genişləndirilməsində maraqlıdır: “Azərbaycanlı və ukraynalı gənclərin birgə fəaliyyəti bizi məmnun edir. Mən azərbaycanlı gənclərlə əməkdaşlığa yüksək səviyyədə hazıram”.

Şura sədri vurğulayıb ki, Azərbaycanın hər hansı bir mədəni tarixə malik şəhəri ilə onun seçildiyi Reşetylivka şəhərinin qardaşlaşması arzusundadır.

Daha sonra A.Bilenkiy azərbaycanlı gənclərə xatirə hədiyyəsi də təqdim edib.

Son xəbərlər

Orphus sistemi