Bakı. 16 dekabr REPORT.AZ/ Polşanın Azərbaycandakı yeni təyin olunmuş səfiri Bakıya yanvar ayında gələcək.
Bu barədə "Report" Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər.
M.Tsalka ölkə prezidenti İlham Əliyevə etimadnamələrini təqdim etdikdən sonra öz vəzifələrinin icrasına başlayacaq.
Qeyd edək ki, Polşanın keçmiş səfiri Mixal Labendanın səlahiyyət müddəti cari ilin avqust ayında bitib.