Bakı. 21 iyul. REPORT.AZ/ Polşanın xarici işlər naziri Vitold Vaşikovski Azərbaycana gələcək.
"Report"un diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, səfər oktyabrda baş tutacaq.
Səfər zamanı XİN rəhbəri Azərbaycan rəsmiləri ilə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, o cümlədən iqtisadi əməkdaşlığı, regional və beynəlxalq problemləri, həmçinin "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcək.